Şöbə müdiri: Əlilliyi olan şəxslər üçün fərdi reabilitasiya proqramı tərtib olunur

Şöbə müdiri: Əlilliyi olan şəxslər üçün fərdi reabilitasiya proqramı tərtib olunur backend

Yoxlamadan sonra Mərkəzə götürülən əlilliyi olan şəxslər üçün fərdi reabilitasiya proqramı tərtib edilir.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Nicat Abbasbəyli Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mərkəzə müraciət edən əlilliyi olan şəxsin tibbi ehtiyacları ilə yanaşı, sosial-psixoloji ehtiyacları da qiymətləndirilir:

“Ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5 min 400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Mərkəz müasir avadanlıqlarla təchiz edilib.

Qəbulda multidisiplinar yanaşma tətbiq olunur, yoxlama zamanı əlilliyi olan şəxsin tibbi ehtiyacları ilə yanaşı, sosial-psixoloji ehtiyacları da qiymətləndirilir və ona müvafiq olaraq fərdi reabilitasiya proqramı tərtib olunur.

Xidmətlərdən faydalanmaq istəyən vətəndaşlar ərazi üzrə tibbi-sosial ekspertiza komissiyalarına və birbaşa reabilitasiya mərkəzlərə müraciət edə bilərlər. Bakı, Xaçmaz, Şirvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda böyüklərə xidmət göstərən mərkəzlərimiz də fəaliyyət göstərir”.

Diaspora