Beynəlxalq konfransın iştirakçıları Zəfər parkını və Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

Beynəlxalq konfransın iştirakçıları Zəfər parkını və Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO backend

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu gün Bakıda beynəlxalq konfrans keçirilir.

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Konfrans iştirakçıları tədbirin açılışından öncə Zəfər parkını və Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Diaspora