Sabah Bakıda 30 dərəcə isti olacaq

Sabah Bakıda 30 dərəcə isti olacaq backend

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +19 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək , dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.

Diaspora