Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzov dəfn edilib

Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzov dəfn edilib backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovla Mingəçevirdə keçirilən vida mərasimi başa çatıb.

"Report"un məlumatına görə, Ə.Novruzovun nəşi Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Mingəçevir şəhəri və ətraf rayonlardan rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əsəddin Curu oğlu Novruzov 1939-cu il oktyabrın 15-də Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edən Ə.Novruzov 1992-ci il martın 12-də həmin kənddə itkin düşüb.

Diaspora