Azərbaycandan Həccə gedəcək 2-ci zəvvar qrupun nə vaxt yola düşəcəyi açıqlanıb

Azərbaycandan Həccə gedəcək 2-ci zəvvar qrupun nə vaxt yola düşəcəyi açıqlanıb backend

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah, mayın 26-da yola düşəcək.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

Bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq. Onlar 4 qrupa bölünüb: ilk qrup 43 nəfərdən, digər üç qrup isə hər biri 45 nəfərdən ibarətdir.

Hazırda Azərbaycandan yola salınmış ilk zəvvar qrupu miqat üçün nəzərdə tutulan Cöhfə məntəqəsindədir. Orada zəvvarlar ehram bağlama mərasimi həyata keçirir, yəni vacib dini sözləri deyərək ziyarətə daxil olurlar.

Bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Diaspora