Tələbələr əkin sahələrində təcrübə keçiblər

Tələbələr əkin sahələrində təcrübə keçiblər backend

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin tələbələri növbəti tədris-təcrübəni Goranboy rayonunun əkin sahələrində keçiblər.

Universitetin mətbuat xidmətindən QAZİLER.AZ-a bildiriblər ki, əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, Əməkdar Müəllim Azad İbrahimov torpağın aqrotexniki qaydalara uyğun payız əkininə hazırlanması, şumun dərinliyi, toxumun keyfiyyəti və səpilmə qaydaları haqqında məlumat verdikdən sonra tələbələr əkin sahələrində səpini müşahidə ediblər.