Azərbaycan Respublikası "Qarabağ Qaziləri" birliyi sədrinin səhiyyə üzrə müavini Rüstəm Dursunov, Bakı şəhər 12 saylı uşaq poliklinikasının baş həkimi Fəridə Mülküm qızı Şamilova və poliklinikanın kollektivi ilə görüş keçirib.
Bu barədə Qaziler.az-a ictimai birlikdən məlumat verilib.
Respublika "Qarabağ Qazilər" birliyinin səhiyyə üzrə nümayəndəsi mərkəzdə göstərilən tibbi xidmətin yüksək səviyyədə olmasından, tibbi personalın xəstələrə həssas yanaşmasından da söz açıb. Həmçinin qazi və veteran uşaqlarına göstərilən qayğını yüksək dəyərləndirib və yaradılan şəraitə görə Respublika "Qarabağ Qaziləri" birliyinin sədri, idarə heyəti və öz adından minnətdarlığını bildirib.
Bakı şəhər 12 saylı uşaq poliklinikasının baş həkimi Fəridə Mülküm qızı Şamilova və sahə həkimi - pediatr Yeganə İsgəndərovaya müharibə veteranları, şəhid ailələr və qazi övladlarına həssas və qayğıkeş münasibət göstərdiklərinə görə Fəxri Fərmanla təltif ediliblər. Sonda isə xatirə şəkli çəkdirilib.


