Üç naməlum şəxs məşhur amerikalı komediya aktyoru Entoni Andersonun evinə soxulub.
Qaziler.az bildirir ki, bu barədə "Entertainment Online" nəşri məlumat yayıb.
Mayın 18-i axşam saatlarında Kaliforniyanın Encino şəhərindəki Andersonun evinə üç nəfər qeyri-qanuni şəkildə daxil olub. Soyğun zamanı komediya ustası evdə olmayıb və ona heç bir zərər dəyməyib.
Hadisənin digər təfərrüatları, o cümlədən naməlum şəxslər tərəfindən oğurlananlar hələlik açıqlanmır. Polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir.
QAZİLER.AZ