Bədnam azərbaycanofob jurnalist, Amerika Erməni Milli Komitəsinin muzdlusu Lindzi Snell və ona istinadən Ermənistan mətbuatı ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumat yayıb.
Qaziler.az "qht.az"a istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova məlumat verib. O, bildirib ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşviş doğurur, davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya bizim Mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapmış faktdır. Ancaq ermənilərin təşvişinə heç bir əsas yoxdur. Bizim mərkəz elmi mərkəzdir və burada silah yox, elmi informasiya və araşdırmalar istehsal olunur. Biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik, bizi bu yoldan heç kim döndərə bilməz.
Həqiqətə uyğun olmayan məlumat: LİNK
