Nəqliyyat vasitələrinin qeydiyyatı dəyişdi

Nəqliyyat vasitələrinin qeydiyyatı dəyişdi backend

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər məxsusluğu qeyri-dəqiq olan bəzi texniki nəqliyyat vasitələrinin aid olduğu ünvanı dəqiqləşdirmək məqsədi daşıyır.

Dəyişikliyi ANS PRESS-ə şərh edən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, Azərbaycanda nəqliyyat vasitələrini 3 qurum- Baş Dövlət Yol Polisi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi (FHN) dövlət qeydiyyatına alır:

Burada avtomobilləri qeydiyyata alan bir qurum da var ki, o da, Gənclər və İdman Nazirliyidir. Onlar da idman avtomobillərini qeydə alır. Bu qanunla FHN-in qeydiyyata aldığı nəqliyyat vasitələrində də dəqiqləşdirilmə aparılıb.

"Ekskovator, asfaltçəkən, elektrokar kimi texnoloji nəqliyyat vasitələrinin ünvanı qeyri-dəqiq idi. Hazırda həmin vasitələrdə dəqiqləşdirmələr aparılıb. Nazirlər Kabineti FHN-in və Kənd Təsərrüfatı Nazirliyinin qeydə aldığı nəqliyyat vasitələrinin siyahısını müəyyən edib. Bununla bağlı hansı nazirliyin hansı nəqliyyat vasitəsini qeydə alınması barədə Nazirlər Kabinetinin qərarı var. Burada 2.1. 3-cü bənddə “digər” sözünün “siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilməsi barədə qanun məhz dəqiqləşdiricinin Nazirlər Kabineti olduğunu müəyyən edir".

Prezident İlham Əliyev ötən gün Milli Məclisin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikləri təsdiq edib.

Bu ilin fevral ayında ölkə başçısı “Yol hərəkəti haqqında” qanunda dəyişiklikliyin tətbiqinə dair sərəncam verib.