Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? backend

Saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

Diaspora