Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu - TƏFƏRRÜAT

Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu -  TƏFƏRRÜAT backend

Ötən gün ağır qəzada həlak olan Əşrəfin atası da bir neçə il əvvəl vəfat edibmiş.

Oxu.Az xəbər verir ki, o, ali məktəbə hazırlaşdığı dövrdə atasını itirib. Həmin vaxtdan etibarən ailənin yükü də Əşrəfin üzərinə düşüb.

Belə ki, 4-cü kurs tələbəsi olan Əşrəf iki bacısı, anası və bibisinə baxırmış. O, yaxın zamanlarda hərbi xidmətə yollanacaqdı. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ailəsinə dəstək olmağı planlaşdırıbmış.

Qeyd edək ki, Ə.Mirzəyev əslən Şərur rayonunun Dizə kəndindən olub. Onlar Bakıda məskunlaşıblar.

Əşrəf Mirzəyev mayın 19-da səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. Belə ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Diaspora