Bako Sahakyan Azərbaycan ərazilərinin işğalında iştirakını məhkəmədə etiraf edib

Bako Sahakyan Azərbaycan ərazilərinin işğalında iştirakını məhkəmədə  etiraf edib backend

Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalından sonrakı fəaliyyəti, hansı dəstədə xidmət etməsi, hansı komandirlərlə görüşməsi və nələri müzakirə etməsi ilə bağlı sualları cavablandırıb.

Bako Sahakyan arxa xidmət qərargah rəisi olduğunu bildirib

APA xəbər verir ki, o, 1993-cü ilin iyun ayından arxa xidmət qərərgah rəisi olduğunu deyib.

Məhkəmədə təqdim olunan videoda hərbi müzakirələr əks olunub

Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Sahakyan da görünüb. Kadrlarda stul arxasında oturan hərbçilərin sənədlər və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və B.Sahakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib.

Sahakyan tanınmış erməni hərbi rəhbərləri videoda tanıyıb

B.Sahakyan nümayiş olunan videoda özünü, general Kristapor İvanyanı, Samvel Karapetyanı, Movses Akopyanı, Samvel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İsxanyanı və digərlərini tanıyıb.

Bako Sahakyan hərbi əməliyyatlarda iştirakını etiraf edib

Bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə “rəhbərlik etmiş”, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Sahakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

Ermənistan vətəndaşlarının mühakiməsi davam edir

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Diaspora