Şirvan və Hacıqabulda qaz olmayacaq

Şirvan və Hacıqabulda  qaz olmayacaq backend

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Ələt-Astara" dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən dş 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Hacıqabul rayonu Navahi qəsəbəsini təbii qazla təmin edən dş 250 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatının daxildən dayandırılacaq.

Diaspora