Bu il 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 24 may tarixində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.
Qaziler.az xəbər verir ki, ölkənin insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirəcək bu forum, ölkəmizin ən nüfuzlu İR tədbirlərindən biri olaraq, müxtəlif sahələrdə effektiv idarəetmə, əmək bazarındakı yeni trendlər və innovativ insan resursları həlləri ətrafında müzakirə platforması yaratmaqdadır.
Milli İnsan Resursları Forumu, “PAŞA Sığorta” ASC-nin Gold Sponsorluğu, eləcə də “Apar” və “189 TAXİ” şirkətlərinin sponsorluğu, “Handex” və “CYBERSIGN” şirkətlərinin dəstəyilə keçirilir.
Forum zamanı 2 panel və TEDx formatında çıxışlar nəzərdə tutulub. Tədbir boyunca insan resursları (HR) sahəsinə dair ən aktual və innovativ mövzular müzakirə olunacaq.
“İnsana Yeni Dəyər” panelində moderator qismində “Azərsun Holdinq”in İnsan Resursları Departamentinin müdiri Fərid Tağıyev çıxış edəcək. Panel çərçivəsində insan kapitalının təşkilat daxilində rolu, əməkdaşların potensialının üzə çıxarılması, fərdi və peşəkar inkişafın təşviqi, dəyərlərə əsaslanan korporativ mədəniyyətin formalaşdırılması kimi insan resursları sahəsinin aktual istiqamətləri ətrafında dəyərli müzakirələr aparılacaq/
Panelin spikerləri:
Kamil Hüseynov – KHHR Consultancy | Təsisçi, İdarəetmə üzrə Konsultant və Təlimçi
Tural İslamov – LANDAU Education Group, Mergen Group Consultancy Company | HR direktoru, həmtəsisçi
Əfsanə Rəcəbova – Azərbaycan Hava Yolları (AZAL) | İnsan Resursları üzrə Strateji Biznes Partnyor
Rauf Məmmədov – Azərbaycan Dəmir Yolları" QSC | İnsan Resursları Departamentinin müdir müavini
“Təcrübəyə Dəyər” adlı II panel TEDx çıxışları formatında baş tutacaq və dinamik, ilhamverici çıxışlarla müşayiət olunacaq.
Çıxışlar zamanı HR sahəsində toplanmış real təcrübələrin təşkilati uğura necə çevrildiyi, insan kapitalının inkişafında praktik yanaşmalar, funksional mükəmməllik, liderlik, təlim və peşəkar inkişaf strategiyaları kimi mövzulara toxunulacaq.
Panelin spikerləri:
Seymur Əhmədov - “Azerconnect Group” şirkəti | İnsan Resurslarının İdarəedilməsi və Layihələr üzrə Direktoru
Sevinc Qarakişiyeva – Umid-Babek Operating Company | Azərbaycan Filialında İnsan Resursları şöbəsinin rəisi
Tural Məmmədov – SOCAR | İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müavini
Dəyanət Ağayev – Paprec Enerji | İnsan Resursları Departamentinin rəhbəri, həmçinin Hucap Consulting şirkətinin təsisçisi və direktoru
Elgün Bəxtiyaroğlu – TEXIO Academy | Təsisçi
III Panel – “Fərqli Dəyər” panelində moderator qismində Milli İnsan Resursları Forumu (MİRF) layihəsinin rəhbəri Cabir Süleymanlı çıxış edəcək.
Bu panel çərçivəsində insan resurslarına yanaşmada fərqlilik yaradan trendlər, inklüzivlik, gender bərabərliyi, sosial məsuliyyət, təhsil və təşkilati mədəniyyətin inkişafı kimi geniş və dəyərli mövzular müzakirə olunacaq. Spikerlər müxtəlif sahələrdə qazandıqları unikal təcrübələri və fərqli perspektivləri iştirakçılarla bölüşərək HR sahəsinə multidissiplinar yanaşmanın vacibliyinə diqqət çəkəcəklər.
Panelin spikerləri:
Şəms Mustafayeva – Dünya Bankı və BMT-nin Əhali Fondu | Gender Bərabərliyi üzrə Baş Məsləhətçi
Fərhad Pərvizi – Baker Tilly Azerbaijan | Məsləhət Xidmətləri Direktoru
Sevinc Seyidova – ADA İbtidai Məktəbi | Akademik Direktor
İlhan Çağlar – IC Consulting | Təsisçi
Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/mirfaze
Instagram: https://www.instagram.com/mirf.aze/
Linkedln: https://www.linkedin.com/company/mirfaze


