Həsən Mirzəyev vəfat etdi

Həsən Mirzəyev vəfat etdi backend

Milli Məclisin sabiq üzvü, "91-lər"dən olan Həsən Mirzəyev vəfat edib. Trend-in məlumatına görə, 87 yaşlı professor səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.



Qeyd edək ki, uzun illər ADPU-nun Müasir Azərbaycan dili kafedrasına rəhbərlik etmiş H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilib. Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində fel bəhsi üzrə məktəb yaradıb, 150 il müddətində türkologiyada, tədrisdə mübahisə doğuran bir çox mövzuları tədqiq edərək bu mübahisələrə son qoyub.

21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv seçilib. “91”-lərin ağsaqqallarından biridir.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev 2002-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Diaspora