İstilik təchizatı sektorunda yeni ödənişlər təyin edilir

İstilik təchizatı sektorunda yeni ödənişlər təyin edilir backend

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "İstilik təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri "Tənzimlənən qiymətlər haqqında" Qanuna uyğun olaraq tənzimlənəcək.

Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.

Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.

Diaspora