“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihəsinin icrasına cari ilin may ayının əvvəlindən start vermişdir.
Qaziler.az xəbər verir ki, təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyası Şuşanın görkəmli şəxsiyyətlərindən olan şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab və ikinci dünya müharibəsi iştirakçısı General mayor Yaqub Allahqulu oğlu Quliyevi gənc nəsilə və geniş ictimaiyyətə tanıtmaqdır.
Layihə çərçivəsində Mir Möhsün Nəvvab və Genral mayor Yaqub Quliyevin həyat və yaradıcılıqları haqqında video çarxlar hazırlanacaq və geniş ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və iyul ayının sonunadək davam edəcəkdir.