Şuşada mətbuat muzeyinin yaradılması təklif olunub

Şuşada mətbuat muzeyinin yaradılması təklif olunub backend

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mətbuat muzeyinin yaradılması təklif olunub.

"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib. 

Onun sözlərinə görə, Şuşada belə muzeyin yaradılması böyük marağa səbəb ola bilər:

"Həmin muzeydə Azərbaycan mətbuatının qədim dövrdən bu günədək keçdiyi yolun əks olunması Şuşaya səfər edəcək əcnəbi turistlər üçün də maraqlı olar".

Diaspora