Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Trend-in məlumatına görə, bu işlərin davamı kimi Qubadlıda 2-ci yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılır.
Belə ki, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müvafiq işlərə yekun vurub və "TK Project" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 793 550 manat ödənilib.
Qeyd edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Lakin Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub.