Bu gün Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrində mövcud qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.
Qaziler.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan qəsəbələrin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.