Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?

Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov  KİMDİR? backend

Xəbər verdiyimiz kimi, Prezident Ilham Əliyevin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru təyin edilib.

Trend xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Qarabağ Hərbi Prokurorluğunda və Hərbi Prokurorluğun İstintaq İdarəsində müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 2018-ci ildə Qazax hərbi prokuroru, 2020-ci ildə isə İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2020-ci ilin oktyabr ayından etibarən ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.

Diaspora