Türkiyənin müdafiə naziri Türk şəhidliyi abidəsini ziyarət edib

Türkiyənin müdafiə naziri Türk şəhidliyi abidəsini ziyarət edib backend

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Yaşar Gülər daha sonra Şəhidlər xiyabanı və Bakı Türk şəhidliyi abidəsində olub.

Nazir “Əbədi məşəl” abidəsinin önünə əklil qoyaraq Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.

Y.Gülər 1918-ci ildə Bakının bolşevik-erməni-daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsini də ziyarət edib, abidə önünə əklil qoyub.

Diaspora