Sosial sahədə e-xidmətlərlə bağlı təcrübəmiz Sinqapurda nümunə kimi təqdim edilib

Sosial sahədə e-xidmətlərlə bağlı təcrübəmiz Sinqapurda nümunə kimi təqdim edilib backend

Azərbaycanda son illər sosial sahədə həyata keçirilən rəqəmsal islahatlar Sinqapurda yerləşən “GovInsider” təşkilatının eyniadlı rəsmi internet portalında yayımlanan məqalədə beynəlxalq səviyyədə uğurlu təcrübə nümunəsi kimi təqdim edilib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktorunun müşaviri Səbinə Hüseynova ilə müsahibəyə istinad edilərək, son illər Azərbaycanda sosial sahədə icra olunan elektronlaşma proqramının uğurları və DOST modeli barədə məqalə dərc edilib.

(https://govinsider.asia/intl-en/article/govmesh-digest-azerbaijans-great-digital-leap-through-a-single-window-system )

Həmçinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS), 2 milyondan çox istifadəçisi olan “e-Sosial” portalının və mobil tətbiqinin funksionallığı və “Proaktiv xidmət mexanizmi” layihəsi geniş şəkildə işıqlandırılıb.

MEİS-in dövlət və özəl sektoru əhatə edən qurumlar arasında məlumat mübadiləsini təmin edən "Rəqəmsal körpü" rolunu oynadığı xüsusi qeyd edilib. Bundan əlavə, Nazirliyin beynəlxalq və yerli tədbirlərdə qazandığı nailiyyətlər, sosial sahədə rəqəmsallaşmanın vətəndaşlara verdiyi üstünlüklər də məqalədə əksini tapıb.

Diaspora