DƏMX “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib

DƏMX “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ABŞ-də keçirilən “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib.

Nazirlikdən Qaziler.az-a  bildirilib ki, xidmətin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən göstərdiyi xidmətlər və bu istiqamətdəki innovativ addımları müsabiqənin tədqiqat komandası tərəfindən yüksək qiymətləndirilib.

DƏMX "Green Technology", "Government Technology" və "HR Technology" nominasiyaları üzrə fərqlənərək qaliblər sırasında yer alıb. (https://www.globaltechaward.com/)

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, BƏƏ və bir sıra digər ölkələrdən layihələr yer alıb.

Qeyd edək ki, cari ildə Xidmət ümumilikdə 17 beynəlxalq mükafata layiq görülüb.

Diaspora