Hərbçini və qayınanasını güllələyib: Kiyev yaxınlığında baş verən səs-küylü qətlin təfərrüatları

Hərbçini və qayınanasını güllələyib: Kiyev yaxınlığında baş verən səs-küylü qətlin təfərrüatları backend

Kiyev yaxınlığındakı Sofievskaya Borşaqovkada bir nəfər silah borcu üstündə münaqişə zəminində hərbçini və qayınanasını güllələyib. Polis xüsusi əməliyyat keçirib və hadisəni törədən şəxsi 1 saatdan az müddətdə saxlayıb.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Ukrayna Milli Polisinə istinadən xəbər verir.

Polis müəyyən edib ki, bir ay əvvəl hərbçi silahı bir kişiyə 1000 dollara satıb. Lakin bu gün onlar arasında ödənişlə bağlı münaqişə yaranıb: hərbçi alıcıdan ona başqa müəyyən məbləğ də ödəməyi tələb edib.

Nəticədə həmin şəxs aldığı silahla evdə olan hərbçini və onun qayınanasını güllələyib.

QAZİLER.AZ

Diaspora