Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib.
APA-nın xəbərinə görə, bəyanat parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında qəbul olunub.
“1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyduqdan sonra milli təhlükəsizliyin qorunmasında, idarəetmədə yol verilən səhvlər ölkəni böhran vəziyyətinə salmışdı. Ölkəmizdə real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışı sabitliyin və hüququn aliliyinin təminində, Azərbaycanın davamlı inkişaf yoluna keçməsində müstəsna rol oynayıb. Ulu öndərin rəhbərlik etdiyi Komissiya tərəfindən müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması müasir Azərbaycan tarixində taleyüklü hadisələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü dövlətə çevrilib. Ardıcıl siyasi, hüquqi islahatlar yolu ilə daxili sabitlik təmin edilib, dövlət idarəçiliyi inkişaf etdirilib. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyulması Cənubi Qafqazda siyasi vəziyyəti birdəfəlik dəyişib. Bu gün Azərbaycan öz inkişafının yeni quruculuq dövrünə qədəm qoyub".