Bakıda müharibə iştirakçısı 11-ci mərtəbədən yıxılaraq vəfat edib - Yenilənib

Bakıda müharibə iştirakçısı 11-ci mərtəbədən yıxılaraq vəfat edib - Yenilənib backend

Bakıda intihar xəbəri yayılan Xəyal Hüseynovun əslində özünü öldürmədiyi məlum olub. 

Bu barədə Qaziler.az-a mərhumun ailəsi tərəfindən məlumat verilib.

Redaksiyamıza bildirilib ki, Xəyal Hüseynov ehtiyatsızlıqdan 11-ci mərtəbədən yıxılaraq həyatını itirib. 

Qeyd edək ki, mərhum Qarabağ müharibəsi iştirakçısıdır.

 

*****

06.05.2025

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Xəyal Hüseynov Yeni Günəşli qəsəbəsi, V massivindəki yaşayış binasının 11-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Diaspora