Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Xəyal Hüseynov Yeni Günəşli qəsəbəsi, V massivindəki yaşayış binasının 11-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.