Qubada uçan körpü müvəqqəti təmir olundu - FOTO

Qubada uçan körpü müvəqqəti təmir olundu - FOTO backend

Aprelin 23-də Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsində uçmuş körpü bu gün müvəqqəti təmir olunub.

Qaziler.az "Bizim.Media"ya istinadla xəbər verir ki, bununla da 60-dan artıq kəndin yolu hələlik işlək vəziyyətə gətirilib.

Quba rayonu Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov bildirib ki, bərpa işlərini "Körpü-Bina-Tikinti" MMC-nin əməkdaşları aparıb. Müəyyən işlərdə Quba 5 saylı Yol İstismar İdarəsinin işçi qrupu təmir işlərində köməklik edib.

Quba Rayon İcra Hakimiyyəti başçısının Birinci Nügədi İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Ceyhun Qədirov artıq qəzalı körpünün yanında yeni körpünün inşasına başlanıldığını bildirib.

Diaspora