Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “Brands Review Magazine” təşkilatının “Brands Review Magazine Awards” müsabiqəsində qalib seçilib.
Qaziler.az xəbər verir ki, agentlik müsabiqəyə qurumun ümumi fəaliyyəti ilə qatılıb və “Avropanın ən yaxşı Dövlət Məşğulluq Xidməti Təminatçısı” kateqoriyası üzrə mükafata layiq görülüb. (https://brandsreviewmagazine.com/award-list-2025/)
“Brands Review Magazine” təhsil, innovasiya, texnologiya, sığorta, investisiya kimi sahələrdə fərdlərin, özəl və dövlət sektorlarının nailiyyətlərini mükafatlandıraraq, geniş ictimaiyyətə təqdim etmək məqsədinə xidmət edir.
