Doğma Yurda Qayıdış İctimai Birliyi 01 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə "Yurda dönüş: İmkanlar və perspektivlər" layihəsinə start verib.
Bu barədə Qaziler.az Doğma Yurda Qayıdış İctimai Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Layihə çərçivəsində Ağdam, Bərdə və Ağcabədi rayonlarında maarifləndirici tədbirlər keçiriləcək, saytlarda mövzu ilə bağlı məqalələr çap olunacaq.
Layihə rəhbəri Səməd Hətəmovun verdiyi məlumata görə, layihənin icrasında əsas məqsəd keçmiş məcburi köçkünlərin yenidən məskunlaşma prosesinə yardım etməkdir.