"Ermənilər bütün bu vəhşiliklərə görə cəzalanmalıdır" - Rey Kərimoğlu

 "Ermənilər bütün bu vəhşiliklərə görə cəzalanmalıdır" - Rey Kərimoğlu backend

Xəbər verdiyimiz kimi, Xocalıda kütləvi məzarlıq aşkar edilib. 

Bununla bağlı Xocalıda olan “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, bu gün biz növbəti dəfə erməni vəhşiliyinin şahidi olduq. 

"Xocalıda növbəti kütləvi məzarlıq aşkarlandı. Burada Dövlət Komissiyasının nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirdik. Dünya ictimaiyyəti bu faktlara reaksiya verməlidir, göz yummamalıdır. Bu, xüsusilə dinc əhaliyə qarşı törədilmiş xüsusi amansızlıqdır. Biz bu faktları bəyan edirik ki, dünya ictimaiyyəti buna dərhal reaksiya verməlidir. Törətdikləri vəhşiliyə görə ermənilər cəzalanmalıdır. Azərbaycanın qətlə yetirilən mülki şəxslərinin ailələrinə Ermənistan tərəfi kompensasiya ödəməlidir", - erməni vəhşiliyinin dəfələrlə şahidi olduğu qazi Rey Kərimoğlu bildirib.

QAZİLER.AZ

Diaspora