Xocalıda növbəti kütləvi məzarlıq aşkarlanıb - FOTO

Xocalıda növbəti kütləvi məzarlıq aşkarlanıb - FOTO backend

Xocalıda növbəti kütləvi məzarlıq aşkarlanıb.

Hadisə yerində olan jurnalist Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədr müavini Eldar Səmədov keçirdiyi brifinqdə deyib.

Brifinqdə media nümayəndələri və müvafiq QHT rəhbərləri iştirak ediblər.

"Mütəxəssislərin rəyinə görə meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Qeyri-ənənəvi dəfnolunma faktı aşkarlanmışdır. Ümumiyyətlə,  1 may tarixinə olan məlumata görə,Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3990 nəfər vətəndaşımız Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Son illərdə apardığımız axtarış -qazıntı, eyni zamanda eyniləşdirmə işi prosesi nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilmişdir. Bu gün sizin iştirakınızla burada Ermənistanın törətdiyi daha bir cinayət faktı ilə üz-üzə qalmışıq. Bilirsiniz ki, Ermənistan tərəfi özünün törətdiyi Xocalı soyqırımına özünəməxsus yanaşma nümayiş etdirmiş, hətta onların uydurmasına görə, Xocalı şəhərini tərk edərkən mülki şəxslərə dəhliz verilməsi haqda iddia ortaya atılıb. Ancaq  bu gün məhz burada, yol kənarında tapılan bu fakt göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz, belə bir dəhliz verilməyib, mülki şəxslər burada qətlə yetirilmiş və burada kütləvi şəkildə dəfn edilmişlər", - sədr müavini bildirib.

QAZİLER.AZ

Diaspora