"20 Yanvar" dairəsində özünü avtomobilin qarşısına atan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

"20 Yanvar" dairəsində özünü avtomobilin qarşısına atan şəxslə bağlı  RƏSMİ AÇIQLAMA backend

"Aprelin 27-də paytaxtın Yasamal rayonunda qeydə alınan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır".

Qaziler.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev verib.

DİN sözçüsü qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:

"Sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir.

Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib.

Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat verin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayın. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi, başqalarını da eyni hədəyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır", - deyə E.Hacıyev vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.

Diaspora