Azərbaycan Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün ilə görüş olub.
Bu barədə Qaziler.az saytına "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu məlum verib.
Rey Kərimoğlu qeyd edib ki, görüşün məqsədi Azərbaycanın media nümayənədələri ilə tanışlıq olub.
Görüş zamanı medianın müasir dövürdə əhəmiyyətindən danışılıb. Tədbirdə Azərbaycan media qurumlarının nümayəndələri, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri çıxış edib, Türkiyə-Azərbaycan kütləvi informasiya vasitələri, media təşkilatları arasındakı əlaqələrdən bəhs olunub.
Sonra Türkiyə səfiri ilə xatirə şəkli çəkilib.
QAZİLER.AZ




