Nazir Ağstafada kiçik təsərrüfatlara baxış keçirib - FOTO

Nazir Ağstafada kiçik təsərrüfatlara baxış keçirib - FOTO backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov özünüməşğulluq proqramı çərçivəsində Ağstafa rayon sakinləri Məmmədov Azad Xaqani oğlu, müharibə veteranı Alməmmədli Əziz Sabir oğlu və Abdullayeva Günay Əmrah qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Qaziler.az bu barədə nazirliyə istinadla xəbər verir. 

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə A.Məmmədov üçün dönərxana fəaliyyəti, Ə.Alməmmədli üçün avtoelektrik xidmətləri, G.Abdullayeva üçün isə un məmulatlarının istehsalı üzrə kiçik təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağstafa rayonunda 941 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Diaspora