Ağadadaş Ağayevin balta atdığı mühafizəçi HƏBS EDİLDİ

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi  HƏBS EDİLDİ backend

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov xırda xuliqanlıq törətməkdə təqsirli bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində sözügedən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə təqsirli hesab olunub.

Aprelin 24-də keçirilən məhkəmədə Nurəddin Cəlilovun barəsində yeddi gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Diaspora