Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” (“Asia Awards”) beynəlxalq qiymətləndirmə müsabiqəsində “Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı” mükafatına layiq görülüb.
Qaziler.az bu barədə nazirliyin saytına istinadla xəbər verir.
Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti və əldə etdiyi nailiyyətləri müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qurumun adı qaliblər sırasına daxil edilib.
Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər ölkələrdən 50-dən çox layihə iştirak edib.
