Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini, 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.
Qaziler.az "Unikal"a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub. O, gizir rütbəsində xidmət edirmiş.
İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib, daha sonra Qarabağ suvarma kanalına düşüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

