Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.
Bu barədə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev məlumat yayıb.
O qeyd edib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.
Xatırladaq ki, Roma Papası Fransisk ötən gün 89 yaşında vəfat edib.