Azərbaycanda polis maşınları üçün ağıllı “miqalka“

Azərbaycanda polis maşınları üçün ağıllı “miqalka“ backend

Azərbaycanda polis maşınlarının sayrışan işıqları (miqalka) dəyişə bilər. ANS PRESS-in məlumatına görə, polis maşınlarının işıqları "ağıllı" hala salınacaq. Hüquq mühafizə orqanlarının ehtiyacları üçün texnoloji cihazlar istehsal edən "Ekin Technology" şirkətinin rəhbəri Akif Ekin bu barədə məlumat verib. Türkiyə mətbuatında yer alan məlumata görə, Anadolu və Ege bölgələrində 4 rayonda polis maşını işıqları "Ekin Patrol" adlanan bu lampalarla əvəz edilib.

İşıqların fərqi ondadır ki, onlar həm başqa maşınların sürətini ölçür, həm də dövlət nömrə nişanı haqqında məlumatları sürətli şəkildə dəqiqləşdirir. Onlardan kütləvi hadisələr zamanı üz tanıma sistemi kimi də istifadə etmək olar. "Ekin Patrol" hərəkətdə olan maşında həm önü, həm də arxasını görə bilir. Sürətlə hərəkət edən maşındakı bu sistem əldə etdiyi məlumatları mərkəzi idarəyə də yollayır.