İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkar edilən mağarada silah, sursat və yaşayış üçün ləvazimatlar ələ keçirilib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabındakı paylaşım edilib.
Paylaşımda Şimali İraqda axtarış və yoxlama tədbirlərinin fasiləsiz davam etdiyi bildirilib.
"Qəhrəman əsgərlərimiz Pəncə-Qıfıl Əməliyyatı bölgəsində terrorçulara aid yeni mağara aşkarlayıb. Yararsız hala salınan mağarada silah, sursat və yaşam ləvazimatları ələ keçirilib", - yayılan məlumatda deyilir.
QAZİLER.AZ