Qanuni ov biomüxtəlifliyin zənginləşməsinə xidmət edir

Qanuni ov biomüxtəlifliyin zənginləşməsinə xidmət edir backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəsi sürüşmə ərazilərini öyrənmək, bu barədə vaxtaşırı dövlət orqanları və tikinti işlərinə nəzarət edən qurumları məlumatlandırmaqdır. Artıq nazirlik tərəfindən atlas və xəritələr hazırlanıb. Həmin xəritələr icra hakimiyyətlərinə göndərilir ki, onların məlumatları olsun.


AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, sürüşmələrin bir hissəsi təbii zonalardadır. Həmin ərazilərdə tikinti aparmaq düzgün deyil. Sürüşmələrin digər hissəsi isə insan fəaliyyəti nəticəsində yaranır. Odur ki, vətəndaşlar bununla bağlı verilən tövsiyələrə əməl etməlidirlər.

H.Bağırov qanunsuz ov hallarına qarşı mübarizə istiqamətində nazirliyin həyata keçirdiyi tədbirlərdən də danışıb. Onun sözlərinə görə, nəzarət altında həyata keçirilən ov biomüxtəlifliyin zənginləşməsinə xidmət edir: “Biz onun tərəfdarıyıq ki, ovçuluq qanunvericiliyə uyğun, lisenziya əsasında aparılsın”, - deyə nazir bildirib.