Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb - FOTO

Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb -  FOTO backend

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Qaziler.az bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 83 nəfərdən ibarət  21 ailə  doğma yurduna qovuşub.

Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər  üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri  diqqət mərkəzində saxlanılır.Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.Ailələr açarları təhvil alıb və artıq  öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb.

QAZİLER.AZ

Diaspora