Naftalanda binalar istilik sistemi ilə təmin olunub

Naftalanda binalar istilik sistemi ilə təmin olunub backend

Kurortlar şəhəri Naftalanda binaların istiliklə təminatı demək olar, tamamilə həll edilib. Hazırda şəhərdəki bütün binalar istiliklə təmin olunur.

Naftalan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ülfət Əliyev AZƏRTAC-a deyib ki, qış mövsümünün gəlişi ilə əlaqədar bir neçə ay əvvəl şəhər istilik istismarı sahəsinin balansında olan bütün qazanxanalar nəzərdən keçirilərək hazır vəziyyətə gətirilib. Noyabrın əvvəllərində isə ictimai və fərdi binalara baxış keçirilib. Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali ilə yanaşı, məktəblər, uşaq tərbiyə müəssisələri fasiləsiz olaraq istiliklə təmin olunur.