İmtahanda az bal toplayan yeniyetmə intihara cəhd etdi

İmtahanda az bal toplayan yeniyetmə intihara cəhd etdi backend

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.

Qaziler.az-ın "Unikal"a istinadla verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

Diaspora