Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ABŞ-də yerləşən nüfuzlu “Communitas” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.
Nazirlikdən Qaziler.az-a bildirir ki, Observatoriyanın təlim sahəsindəki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
(https://enter.amcpros.com/communitas/entry/national-observatory-training-report/)
Müsabiqədə müxtəlif ölkələrdən olan dövlət və özəl sektor təmsilçiləri iştirak edib. Təqdim olunan layihələr peşəkar münsiflər heyəti tərəfindən sosial təsir, davamlılıq və innovativ yanaşma kimi əsas meyarlar üzrə qiymətləndirilib.
