Rusiyanın hava limanı təyyarələr üçün bağlanıb

Rusiyanın hava limanı təyyarələr üçün bağlanıb backend

Həştərxan hava limanında təyyarələrin qəbulu və göndərilməsi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qaziler.az bildirir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako Telegram kanalında bildirib.

Bu, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün edilir.

"Həştərxan hava limanında Moskva vaxtı ilə saat 18:30-da təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora