Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqələri münasibətləri yaxşılaşdırmaq üçün çalışır.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqələr qurmağa çalışır. Peskovun sözlərinə görə, Moskva Ərəb Respublikasının ərazi bütövlüyünün qorunması arzusundadır.
"Biz Suriyanın hazırkı hakimiyyət orqanları ilə əlaqələr qurmaqda maraqlıyıq və bütün regional oyunçularla dialoq aparırıq", - Peskov bildirib.
QAZİLER.AZ